«Barsa»nın transfer bazarı
Son illər «Barselona» «yay transferlərinə 40 milyon avro» qənaət modeli ilə yaşayırdı. İdman.com.az saytı xəbər verir ki, Neymara və mərkəz müdafiəçiyə ciddi ehtiyacı nəzərə almaqla indiki transfer pəncərəsinə pul ikiqat ayrılıb – təxmini 80 milyon avro. Bu fonda kluba gələn və gedənləri, eləcə də bu ehtimalda olanları nəzərdən keçirmək maraqlı olar.

Kim və niyə gedib?

David Vilya. Hamı anlayırdı ki, David Vilya ötən mövsüm «Barselona»da oynadığı qədər az oyun vaxtına layiq deyildi. Lakin futbolçu Çempionlar Liqasının finalında göstərdiyi parlaq oyunu da artıq nümayiş etdirmirdi. Bütövlükdə Tyerri Anrinin karyera mərhələsinin təkrarlayan Vilya daha bir stadionda azarkeşlərin sevimlisi olmaq üçün getdi. «Siz Vilya bizdə oynadığı müddətdə hər il daha bir milyon alacaqsınız» prinsipi ilə «Atletiko»yla imzalanmış müqavilə də göstərir ki, futbolçu artıq əvvəlki kimi olmayacaq.

Tyaqo Alkantara. İstedadlı futbolçuya bir-iki ilə Xavinin butslarını vəd edirdilər. O öz qiymətini gənclərin qitə çempionatından sonra qaldırdı. Lakin ötən klub mövsümündə Tyaqo bir oyunda belə bu qədər inamlı oynamadı. Nə razılığın oldubu bilinməsə də, o faktdı ki, Alkantara artıq «Mançester Yunayted»in futbolçusu kimi toplarda imzasını qoyurdu, ancaq sonradan Quardiola onu «Bavariya»ya çəkdi. Pep, belə görünür ki, ona əsas heyətdə mütəmadi yer ayırmaq istəyir. Ancaq Tyaqo özü buna hazırdırmı?

Erik Abidal. Daha bir hadisəni «Barselona»ya münasibətdən asılı olaraq, müxtəlif cür şərh etmək olar. Abidala qara ciyər xərçəngi diaqnozu qoyulanda klub rəhbərliyi ona yeni müqavilə təklif etdi. Abidal isə məsələni tam sağalmağa qədər təxirə saldı. Ancaq mövsümün sonunda «Barsa»nın ona təklifi bir qədər fərqli oldu – klubun gənclər akademiyasında iş. Bu qərara da səbəb kimi nəyi istəsən göstərmək olar – onun səhhətindən narahat idilərmi, ya da fəndlə veteranı yola salmaq istəyirdilər? Faktsa odu ki, «Monako» Abidalla müqavilə bağlayıb-bağlamamaq barədə uzun müddət düşündü. Nəticədə müqavilə bağlamaq qərarına gəldilər və hətta kapitan sarğısını da verdilər.

Andreu Fontas. Bir neçə mövsüm öncə kanteraya görünməz etimad fonunda Fontası bir neçə ilə əsas heyətdə görürdülər. Ötən ilin yanvarında andreunun aldığı zədə onun sonrakı inkişafını xeyli çətinləşdirdi. Futbolçu icarələrə göndərildi və indi də «Selta»ya satıldı. Yenidən geri satın almaq hüququ verən yalançı ümid də oldu.

Boyan Krkiç, Jerar Deulofeu, Rafa Alkantara. La Marsiya yetirmələrini hələ ki, həmişəlik vermək hayıfdı. Lakin özündə yerləşdirməyə də yer yoxdu. Boyan İtaliya futbolunda özünə yer tapmadı və çoxdan həyata keçirlməli olan «Ayaks» variantına yollandı. Sürətli olduğu qədər də anlamaz olan Deulofeu praktikasını «Everton»da keçəcək. Burada ağıl da verərlər, sürət də faydalı olar. Alkantaranın kiçik qaodaşı Rafinya Luis Enrikeyə «Selta»da yetişdirilməyə verildi.

Daha kim və niyə gedə bilər?

İbrahim Afellay. Afellay topdan, komanda yoldaşlarından və ispan dilindən qorxmağı bir kənara qoyanda başının üzərini zədələr aldı. Niderlandlı icarəyə verildikdən sonra yeri heç görünmürdü. İndi də «Malaqa» onu icarəyə götürməyə hazırdı. Lakin maaşının da bir hissəsini «Barselona»ya ödətmək istəir. Bu da şeyxin klubu!

Sesk Fabreqas. Düzü, bu transferə lap əvvəldən inanmaq olmudu, elə indi də. Lakin mövsümlərarası dövrün ən bezdirici əhvalatlarının birini inkar etmək də olmur. Ümumiyyətlə, Fadreqas transfer serialına çevrilir. Tyaqo ilə işi alınmayan «Mançester Yunayted»in yeni baş məşqçisi ciddi-cəhdlə Seski İngiltərəyə qaytarmaq istəyir. Fabreqas da öz oyunu ilə «Kamp Nou»da ziddiyətli münasibətə layiq görülür. Klub bir yaya Tyaqo ilə Fabreqasın ikisini də itirməyə yol verə bilməz. Ancaq manukiyalıların da təklif etdiyi pul az məbləğ deyil. «Mançester Yunayted» Fabreqasla bağlı üçüncü təklifini 40 milyon funtla etməyə hazırlaşır. Bu «qırmızı şeytanlar» üçün rekord məbləğ ola bilər. Hələ ki, rekordu 2008-ci ildə Dimitar Berbatovun 31 milyon funta keçidi təşkil edir. Fabreqasın özünə də «Old Trafford»da ikiqat maaş artımı da vəd etməyi düşünürlər. Keçmiş «Arsenal»lı yoldaşı Robin van Persi ilə birgə o, İngiltərədə həftəyə 200 min funt ala bilər. Futbolçunun «Barselona» ilə müqaviləsi 2016-cı ilin yayınadəkdi. Onu 25 milyon avroya almaq hüququ isə ilk növbədə 2 il öncə elə ispan klubuna satmış «Arsenal»dadı.

Viktor Valdes. «Barsa»da qapıçı məsələsi, əslində tam həll edilməyib. Valdes yeni futbol mədəniyyətlərini öyrənməyə yollanmağa buy ay hazır idi. Lakin «Barsa» ya onun yeni əvəzləyicisi ilə tam razılaşa bilmədi, ya da başqa problemlərlə məşğul idi. Ancaq yenə də avqustun ortalarınadək yeni qapıçı əldə olunarsa, Valdes ya İngiltərəyə yol alacaq, ya da Fransaya.

Boş yerlər

Mərkəz müdafiəçisi. Bu mövqe klubun hər bir fanatını narahat edən yerdi. Mərkəz müdafiəçisi yoxdu. Onu kimdən almalı – futbol milyardçılarından birindən ya, şahzadələrdən? Vilanovaya universal əsgər Tyaqo Silva lazım idi. Bu futbolçunun əsas üstünlüyü müdafiədən ani hücuma keçməyə imkan verən əla ötürmələrdə idi. Martino, sanki, mərkəz müdafiəçilərdə boy-buxunu daha çox dəyərləndirir, nəinki ötürməni. İstənilən yanaşmada elə eyni alınması çətin adlardı.
Qapıçı. Məsələni ya bu yay, ya gələn yay, istənilən halda həll etmək lazım gələcək. Həyatında nəsə yenini sınamaq istəyən insan əvvəlki yerinə 100 faiz bağlı ola bilməz. Əsas mövqedə Xose Pintonu nəzərdə tutmaq da olmaz, axı.

Kim və niyə gəlib?

Neymar. Onun simasında «Barsa» tək Avropa üzü görməmiş ən perspektivli futbolçunu almır, həm də ona lazım olan cinah forvardını alır. Braziliyalı bu rola Kataloniyaya gələndən sonra oyunlarını ciddi dəyişmiş sələfləri Vilya və anridən daha yaxşı hazırdı. Neymar qeyri-standart gedişləri, tamaşalığı, yeni azarkeşlərin gəlməsini və yeni bazarları, qolları, Messidən diqqətin yayınmasını təmin etməlidi. Simulyasiyalar da öz yerində.

Daha kim gələ bilər?

David Luiz. Məlum olanda ki, Tyaqo Silvanı PSJ-dən cəlb etmək olmayacaq, optimal namizəd və bütün suallara cavab kimi «Çelsi»nin mərkəz müdafiəçisi göründü. Londonluların Luizi satmağa meyllərielə də çox deyil. Ancaq Kataloniya mətbuatı bu transferin baş tutması istəklərini tükətmir.
Corcian de Arraskaeta. 19 yaşlı superistedadlı uruqvaylı gənclərin dünya çempionatında yaxşı görünürdü. Tyaqo əvəzləyicisi Rosselə kreativ yarımmüdafiəçiləri bağışlamayanlar üçündü.
Valter Samuel. David Luizlə anlaşmanın alınmaması halı üçün kataloniyalı jurnalistlərin ən çox düşünülən iki addan biri Valter Samueldi. Veteran variantı vaxtilə «Real»da bir mövsüm oynamış 35 yaşlı futbolçunun gəlişini nəzərdə tutur.

Santyaqo Vergini. Bu da gənc variantı – vaxtilə Martinonun da çalışdırdığı «Nyuelz Old Boyz»dan 24 yaşlı müdafiəçi. Son xəbərlərə görə, onu yalnız ciddi ehtiyac olarsa əldə edəcəklər. Lakin bu ciddi ehtiyacın sərhədlərini ölçmək indi çətindi.
Mark-Andre ter Ştegen. Əsas qapıçı yerinə optimal namizəd ayaqları ilə yaxşı oynayan gənc almandı. Üstəlik də Reyna «Napoli»yə verilib və «Barsa» üçün digər profili qapıçını tapmaq elə də asan deyil. Əgər bu yay imtinalar yenə qəti qalarlarsa, ter Ştegenin namizədliyinə 1 il sonra qayıdılacaq.

Xəbər 1373 dəfə oxundu.