Akif İsmayılov: «Qarabağ»dan çox razıyıq
««Tofiq Bəhramov» stadionunda yalnız «Qarabağ» klubu öz oyunlarını keçirəcək. Bizim bu komanda ilə müqaviləmiz var. Ümumiyyətlə, onlardan çox razıyıq». Bunu «İdman» qəzeti və idman.com.az saytına açıqlamasında Respublika stadionunun baş direktoru Akif İsmayılov dedi. O bildirdi ki, daxili rəqabət çərçivəsində baş arenada bir klubun oyun keçirməsi kifayətdir. Artıq olarsa, meydan yüklənir və bu da qazonun yaxşı vəziyyətdə qalmasına təsir edir.

Akif İsmayılov əlavə etdi ki, bolqar mütəxəssislərlə iş birliyi davam edir. Onlar stadionun ot örtüyünə daim nəzarət edirlər:

«Gördüyünüz kimi, Respublika stadionu əla vəziyyətdədir. Srağagün «Qarabağ» avroliqada növbəti oyuna çıxdı. Hər şey qaydasında oldu. UEFA-nın nümayəndələri də razı qaldılar. Komandamız da bizi sevindirdi. İnanıram ki, «Qarabağ»ın qələbələrinin davamı gələcək».

K.HACI

Xəbər 1107 dəfə oxundu.