Luşemburqu Braqanın yerini tutdu
Braziliya «Fluminense»si özünün yeni baş məşqçisini tapıb. İdman.com.az saytı xəbər verir ki, bu vəzifəyə Vanderley Luşemburqu təyin edilib.

Daha öncə bir çox Braziliya klubları, eləcə də ölkəsinin yığmasını və Madrid «Real»ını da çalışdırmış 61 yaşlı mütəxəssislə bu ilin son gününədək müqavilə imzalanıb. Luşemburqu bu vəzifədə Abel Braqanı əvəzləyəcək.

Braqa milli çempionatda ardıcıl 5 məğlubiyyətdən sonra istefaya göndərilmişdi. O, komandanın sükanına 2011-ci ildə əyləşmiş, ötən ilsə komandanı Braziliya çempionu etmişdi.

Xəbər 1157 dəfə oxundu.