«Betis» cəzalana bilər
İspaniya «Betis»i Avropa Liqasından kənarlaşdırıla bilər. UEFA-nın reqlamentinə görə, komandanın iştirak ərizəsində ən azı 4 öz yetirməsi olmalıdı və onlar komandada ən azı 3 mövsüm keçirməlidi. İdman.com.az saytı xəbər verir ki, «Betis»in hazırkı heyətində belə futbolçuların sayı cəmisi 2-di – Nono və Aleks Vadilyo.

Bu da klubu bu mövsümlük qitə yarışlarından kənar qoya bilər. Yaxın vaxtlarda klub əsas heyətdən hansı iki futbolçunun kənara atılaraq yerin daha iki yetişdirməsinə buraxması barədə qəti qərara gəlməlidi. Bundan əlavə, UEFA-nın tələblərinə görə, «Betis»in ev arenası hər tərəfdən bir metrlik daraldılmalıdı.

Xəbər 874 dəfə oxundu.