PSJ-yə «yox» və ilə 13 milyon
Madrid «Real»ının portuqaliyalı ulduzu Kriştiano Ronaldo PSJ-dən gələn təklifi rədd etdi. İdman.com.az saytı xəbər verir ki, Fransa çempionu ona illik 22 milyon avro ilə 5 illik müqavilə təklif edirdi. Bundan əlavə, Ronaldo «Monako» və «Mançester Siti»yə də yox dedi.

«Monako» futbolçuya 18 milyon maaşlı 5-illik müqavilə vəd edirdilər. «Şəhərlilər» də «Real»la müqaviləsi 2015-ci ildə bitən portuqaliyalının sərbəst agent qismində gəlişində ciblərini futbolçu üçün geniş açacaqdılar.

Bütün bunları rədd edən Ronaldo klubu ilə yeni müqavilə imzalamağa razılıq verdi. Bu müqavilə 2018-ci ilədək nəzərdə tutulacaq. Onun imzalanmasından sonra Kriştiano ilə təmiz 13 milyon avro alacaq.

Xəbər 927 dəfə oxundu.