«Old Trafford» xüsusi status aldı
«Mançester Yunayted»in bir qrup azarkeşi «Old Trafford» arenasına ictimai əhəmiyyətli obyekt statusu verilməsinə nail olub. Bu cür statusun verilməsi arenanın gələcəkdə satılmasının qarşısını alır. Azarkeşlərin MUST adlanan təşkilatın üzvləri əmindilər ki, əgər Qleyzerlər gələcəkdə nə vaxtsa stadionu dəyişmək istəsələr, yeni status onlara «Old Trafford»u tərk etməyə imkan verməyəcək.

«Mançester Yunayted»in sahibləri onların nə vaxtsa stadionu satmaq istəmələrinə düşünməyə əsas verməyiblər. İdman.com.az saytı xəbər verir ki, klub arenaya ötən 8 ildə 90 milyon funta yaxın pul qoyub. Bununla belə, «Yunayted» öz rəsmi saytında bu qərarı yenidən nəzərdən keçirməyi xahiş edən bəyanat yayıb. Bəyanatda deyilir: «Klub Trafford bələdiyyəsinin qərarını alıb. Sözsüz, «Old Trafford» xüsusi bir yerdi, klubumuzun ürəyi, canıdı.

Klub belə yanaşmanı tam olaraq müsbət qarşılayır və bunu son 8 ildə stadionun modernləşdirilməsinə 90 milyon funtdan çox pul qoyaraq göstərib. Maliyyələşmənin bundan sonra da davam etdirilməsi planlaşdırılır. Bununla belə, belə qanunvericilik korrekt tətbiq edilməyib və bənzər halları bütün ölkəyə yaya bilər. Bu səbəbdən biz istərdik ki, şura öz qərarına yenidən baxsın, ki qanunun tətbiqini düzgün tətbiq etmək mümknü olsun. Klub öz növbəsində şura ilə açıq əlaqədədi».

MUST-un rəhbəri Dunkan Drazdo da Trafford şurasının qərarını şərh edib: «Biz bu xəbərlərə çox şadıq və əminik ki, belə hissiyyatları «Mançester Yunayted»in və digər klubların bütün azarkeşləri keçirirlər. Klubun stadionun satışına qarşıda planlarının olmamasını dəyərləndiririk. Lakin indiki qərar azarkeşlərin marağını uzun müddətə müdafiə etməyə kömək ola bilər.

Belə ki, gələcəkdə nəyin baş verə biləcəyini heç kəs bilmir. Biz «Mançester Yunayted» rəhbərliyi ilə pozitiv dialoqa can atırıq və ümid edirik ki, onlar bizim baxışlarımızı paylaşırlar və belə qərarın qəbul olunmasına mane olmayacaqlar. Biz hamımız meydanda və ondan kənarda uğurlu mövsümü səbrsizliklə gözləyirik».

Xəbər 1508 dəfə oxundu.