Elçin İsmayılov: «Nicat hələ tam özünə gəlməyib»

Gənc mütəxəssis Elçin İsmayılov milli komandamızın titullu cüdoçusu Nicat Şıxəlizadənin (60 kq) London olimpiadasına düşmək ehtimalından danışıb. 3-qat Avropa çempionu idman.com.az saytına açıqlamasında deyib ki, təcrübəli idmançı bunun üçün planetin ən güclülərinin yarışında mükafatçılar sırasına düşməlidir: «İlqar Müşkiyev reytinqdə xeyli qabaqdadır. Nicat ona yalnız dünya çempionatında medal qazanmaqla çata bilər. Ustəlik, növbəti yarışlarda da xal toplamaq şərti ilə. Açığı, Nicat hələ tam özünə gəlməyib. Onun formaya düşməsi üçün 5 ay vaxt lazımdır. Ancaq belədə təcrübəli cüdoçunun London olimpiadasına yollanmaq şansı ola bilər».

Xəbər 1300 dəfə oxundu.