Hümbətov Cəfər İslam oğlu
Hümbətov Cəfər İslam oğlu 1959-cu ildə Naxçıvan şəhərində anadan olub.
1966-1976-cı ildə Naxçıvan şəhər 2 saylı orta məktəbdə ümumi orta təhsil alıb.1976-cı ildə Naxçıvan şəhər İdman Komitəsində məşqçi-müəllim vəzifəsinə işə qəbul olunub.
1977-1979-cu illlərdə hərbi xidmət keçib. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunun qiyabi fakultəsinə daxil olub. 1984-cü ildə həmin institutun tam kursunu bitirib.
1979-cu ildə Naxçıvan MR Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsinin Uşaq-Gənclər İdman məktəbinə məşqçi-müəllim vəzifəsinə işə qəbul olunub. 1980-cı ildən 1982-ci ilədək həmin məktəbdə metodist vəzifəsində çalışıb. 1982-ci ildən 1993-cü ilədək həmin məktəbin direktoru vəzifəsində işləyib.
1993-cü ildə Naxçıvan MR Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri vəzifəsinə təyin olunub.1995-ci ildə komitə ləğv olunaraq, Naxçıvan MR Gənclər və İdman Nazirliyi yaradılıb və Cəfər Hümbətov nazir vəzifəsinə təyin olunub. 2000-ci ilədək Naxçıvan MR Gənclər və idman naziri vəzifəsində çalışıb.
2000-ci ildən hal-hazıradək Azərbaycan Respublikası Təhsil Nazirliyi «Təhsil» Respublika İdman Mərkəzinin direktoru vəzifəsində işləyir.
Birinci kateqoriyalı məşqçi-müəllimdir. 1989-cu ildən sərbəst güləş üzrə Milli dərəcəli hakimdir.
1990-cı ildə Azərbaycan Respublikasının «İdman əlaçısı» adına layiq görülüb.
Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2006-cı il tarixli sərəncamı ilə Cəfər Hümbətova «Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi» fəxri adı verilib.
Sərbəst güləş üzrə idman ustalığına namizəddir.

Xəbər 6051 dəfə oxundu.