Beylin dəyərində komanda
«Tottenhem»in əsas ulduzu Qaret Beyl üçün rekord məbləği – 120 milyon avronu təyin etməsi son zamanlar futbol aləminin əsas müzakirə mövzularından birinə çevrilib. İdman.com.az saytı xəbər verir ki, bu pula yaxşı oyunçulardan bütöv bir komanda yaratmaq olar. Elə bu yayın transferlərinə nəzər salaraq bir müqayisə aparaq. Qapıda yeri «Fulhem»in 5,6 milyon avroya aldığı Marten Stekelenburqa verək.

Ona müdafiə xəttində «Borussiya»nı «Şalke»yə dəyişmiş Felipe Santana (1 milyon), «Livrepul»a pulsuz qismət olmuş kolo Ture və «Fənərbağça»ya (5,5 milyon) keçmiş Bruno Alveşi köməyə gətirək. Alternativ variant kimi Erik Abidal, Martin Demikeliç və Fernando Amorebyetanı da nəzərdən keçirmək olar. Orta xətdə son illər La Liqada oynamış futbolçulara üstünlük verək. Xesus Navas «Sevilya»nı «Mançester Siti»yə dəyişib (20 milyon), eks-kataloniyalı Tyaqo Alkantara «Bavariya»ya (25 milyon) keçib, Benyat Eçeberriya (8 milyon) «Atletik»in sıralarını doldurub, Jeremi Tulalansa (5 milyon) «Monako»nun xatirinə «Malaqa»nı tərk edib.

Hücum xəttini isə aşağıdakı futbolçular təşkil edir: David Vilya (5,1 milyon) «Atletiko»nun oyunçusuna çevrilib, Mario Qomes (15,5 milyon) indi «Fiorentina»nın azarkeşlərini sevindirəcək, Karlos Tevessə (9 milyon) «Yuventus» üçün qollar vurman niyyətindədi. Burada elə həmin «Yuventus»a pulsuz qismət olmuş Fernando Lyorenteni də yada salmağa dəyər.

Xəbər 1029 dəfə oxundu.