Olof Mord: «Qarabağ» qarşılaşdığım ən güclü komandadır
«Gefle» («Yefle») klubunun müdafiəçisi Olof Mord «GD» əməkdaşının suallarını cavablandırarkan, «Qarabağ» qarşılaşdığınız ən güclü rəqibdir? sualına, «hə, bəlkə» cavabını verib.

Xüsusi ilə Almeyda, Çumbinyu və Reynaldunun adlarını qeyd edən Mord, Azərbaycan klubu haqqında xoş sözlər işlədib:

- «Qarabağ» klubu futbolçuları İsveç çempionatında (Allsveniska) oynasaydılar, ən yaxşı futbolçular hesab edilərdilər. Məğlubiyyətə baxmayaraq, komandada əhval-ruhiyyə yaxşıdır və biz səbirsizliklə revanşı gözləyirik. Çünki cavab qarşılaşmasında fərqli şərait olacaq. Biz süni ot örtüyündə oynayacağıq və hava isti olmayacaq.

«Qarabağ» tərəfdarları haqqında Avropa Liqasında 400 nəfərlik ev oyunundan fərqli olaraq, 20 min azarkeş qarşısındakı çıxışınız oyuna necə təsir etdi?» sualına, «Çox sərin. Fanatları AİK və «Malmö» kimi bir hissədə təşkilatlanmamışdılar. Onlar hər tərəfdə hiss edilirdi. Bu, lənətlənmiş bir gün oldu» - deyə, Olof açıqlamasını yekunlaşdırıb.

Mansur Dadaşov, Stokholm
Xüsusi olaraq idman.com.az üçün

Xəbər 1189 dəfə oxundu.