Ronaldinyo transferi baş tutmadı
«Beşiktaş»la Ronaldinyo arasındakı danışıqlar mənfi nəticələndi. İdman.com.az saytı xəbər verir ki, «ağ-qaralar»ın rəhbərliyi bir müddətdir görüşdükləri braziliyalı ulduzla razılaşa bilmədi.

Xüsusilə də futbolçunun sponsorluq əlaqələri və klubu «Atletiko Mineyro»nun Ronaldinyonu bu məqamda buraxmağa meylli olmaması səbəbiylə transferin bu mövsüm başında reallaşma ehtimalı ortadan qalxdı.

«Beşiktaş» rəhbərliyi, yanvar ayında yenidən danışıqlara başlamaq üçün Ronaldinyo transferini hələlik bir kənara qoydu.

Xəbər 1131 dəfə oxundu.