İsveç mətubatı: "89 dəqiqəlik dirəniş - sonda soyuq duş"
"Aftonbladet": ""Qarabağ" 22 qol şansını əldən vermişdi"

İsveç mətbuatı "Gefle"nin 1:0 hesablı məğlubiyətini maraqlı başlıqlarla yayımlayıb. Bir neçə milyon oxucusu olan "Aftonbladet" nəşri
89-cu dəqiqədə qapılarında gördükləri qolu "soyuq duş" adlandırıb. Andreas Kəck adlı idman yazarı 0:0 hesabının "Gefle" klubunu tamamilə qane etdiyini və bu nəticə ilə evə dönməyi arzu etdiklərini qeyd edib:

"Saat oyunun bitdiyini göstərdiyində, ev sahibi "Qarabağ" 22 qol şansını əldən vermişdi. "Gefle", sadəcə, bir dəfə qola yaxın oldu. Çox gözəl fürsət əldən verildi".

"Gefle" klubunun kapitanı Mattias Huqosson isə "Sportbladet"ə açıqlamasında daha nikbin danışıb:

- 0:1 hesabından sonra fasilə elan edilib. Fasiləyə məğlub yollandıq. İkinci yarıda davam edə bilərik. Unutmayın ki, "Qarabağ"ı
süni örtüklü meydançada qəbul edəcəyik. "Norrporten Arena"da oynamaq təcrübəmiz var. Şansımız qalır.

Mansur Dadaşov, Stokholm
Xüsusi olaraq idman.com.az üçün

Xəbər 1027 dəfə oxundu.