Nildo və Zoahir fərqləndi, Tounkara son nöqtəni qoydu
Bu gün Bakıya səfər öncəsi “Xəzər Lənkəran” səhər məşqi yerinə dünən olduğu kimi 50 dəqiqədən ibarət ikitərəfli oyun keçirib. Əvəzedici heyətin bəzi futbolçularının da qatıldığı oyunda əsas heyət gözü ilə baxılan komanda 3:0 hesabı ilə qalib gəlib.

Duqlas Leyte ilk olaraq Junior Nildonun penalti zərbısini dəf etməyi bacarsa da, sonrakı dəqiqələrdə braziliyalı forvard onu məyus etməyi bacarıb. Mərakeşli futbolçu Zoahir Benouahinin aşırma vuruşunu isə görməyə dəyərdi. Son dəqiqələrdə Sadio Tounkara fərqlənməklə ikitərəfli oyunda son nöqtəni qoyub.

Xəbər 885 dəfə oxundu.