"Çelsi"dən" İnter"ə 30 dəqiqəlik seans
Joze Mourinyonun rəhbərlik etdiyi "Çelsi" hazırlıq məqsədilə "İnter" klubu ilə qarşılaşıb. Yoxlama oyunu simvolik olaraq Beynəlxalq Çempionlar Kuboku adı altında keçirilib. İki böyük komandanın qarşılaşmasında "Çelsi" birinci hissənin ilk 30 dəqiqəsində vurduğu qollarla "İnter"i 2-0 hesabı ilə məğlub edib. "Çelsi"dəki 20 nəfərlik oyun heyətinin hamısı sınaqdan keçirilib. Təkcə Xuan Matanın meydana çıxmaması diqqət çəkib.Oyunda vurulan qolları sizə təqdim edirik.

Xəbər 997 dəfə oxundu.