Rednik: “Tək yerli futbolçularla çempion olmaq mümkün deyil”

“Mənim hazırda komandamla müqaviləm var”. İdman.com.az saytının xəbərinə görə, bunu “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik deyib. Təcrübəli çalışdırıcı Rumıniya mətbuatına müsahibəsində bildirib ki, “ağ-yaşıllar”la Premyer Liqanın qalibi olmaq istəyir: “Mən Azərbaycan çempionu olmaq arzusundayam, amma buna yerli futbolçularla nail olmaq mümkün deyil. “Styaua”da işləməyə gəlincə, orda baş məşqçiyə yaxşı münasibət göstərilmir deyə, vətənimdə işləməyəcəm”.

Xəbər 836 dəfə oxundu.