Mərkəzi oyunlarda 6 hakim
Premyer Liqanın I turunun “Bakı” – “Qəbələ” və “İnter” – “Qarabağ” oyunlarını 4 yox, daha çox hakim idarə edəcək. Fanat.az xəbər verir ki, AFFA Hakimlər Komitəsi bu matçlara 6 ədalət təmsilçisi təyin edib.

“Bakı” – “Qəbələ” matçını Fariz Yusifov idarə edəcək. Sabiq FİFA referisinə Namiq Hüseynovla Elman Musayev yardımçı olacaq. Dördüncü hakim funkstyasını Ramiz Məhərrəmov yerinə yetirəcək. Vüsal Əliyevlə Rauf Cabbarov isə əlavə köməkçi hakimlər olacaq.
“İnter” – “Qarabağ” oyununun baş hakimi Rəhim Həsənov, dördüncü hakimi Ömər Paşayev olacaq. Referiyə Yaşar Abbasovla Zeynal Zeynalov yardım edəcək. Əlavə köməkçi hakim funksiyasını isə Fariz Yusifovla Orxan Məmmədov yerinə yetirəcək.

Xəbər 872 dəfə oxundu.