"Simurq" Keniya millisinin futbolçusunu transfer etdi
"Simurq" heyətini daha bir legioner futbolçu ilə gücləndirib. Avstriyadakı təlim-məşq toplanışında baxışda olmuş Patrik Osiako artıq Zaqatala klubu ilə rəsmi müqavilə bağlayıb.

Növbəti bir ildə keniyalı yarımmüdafiəçi Zaqatala təmsilçisinin uğurları üçün mübarizə aparacaq. 26 yaşlı futbolçu "Simurq"un heyətində "8" nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Patrik Osiakonun son klubu İsrailin "Hapoel” (Ber Şeva) kollektivi olub. Bundan əvvəl isə İsveçin "Melbyu", Rumıniyanın “Petrolul” klublarında karyerasını davam etdirib.
Patrik həmçinin ölkəsinin yığma komandasının da üzvüdü.

Xəbər 944 dəfə oxundu.