2 boksçumuz mərhələ adladı

Qazaxıstan paytaxtı Astanada boks üzrə yeniyetmələr arasında dünya birinciliyi davam edir. İdman.com.az saytının məlumatına görə, yarışın 3-cü günündə rinqə çıxan idmançılarımızdan ikisi qələbə qazanıb.
52 kq çəki dərəcəsində mübarizə aparan Nəsrəddin Məmmədov ukraynalı Stanislav Qatskonu 17:7 hesabı ilə məğlub edərək, 1/4 finala yüksəlib. İman Əhmədli (57 kq) komanda yoldaşının uğurunu davam etdirə bilməyib. Boksçumuz Cənubi Koreya təmsilçisi Honq İn Pyoya 8:13 hesabı ilə uduzub. 70 kq çəki dərəcəsində yarışan Orxan Mayıllı isə rinqi qalib tərk edib. Həmyerlimiz Belarus idmançısı Qleb Sinkeviçdən üstün olub – 13:8.

Xəbər 1539 dəfə oxundu.