Özil: "Ronaldonun "Real"da qalmasını istəyirəm"
"Real" (Madrid) klubunun yarımmüdafiəçisi Məsut Özil komanda yoldaşı Kriştiano Ronaldo haqda xoş sözlər deyib.

CNN-ə danışan türk əsilli futbolçu Ronaldonun uzun müddət "Real"da qalmasını istədiyini bildirib:

"Ronaldo komanda üçün çox vacib oyunçudur. Siz elə onun ötən mövsüm vurduğu qollarına baxın. O, həm həyatda, həm də meydanda çox yaxşıdır. Ümid edirəm ki, Ronaldo uzun müddət "Real"da oynayacaq və bizə titullar qazanmaqda kömək edəcək".

Qeyd edək ki, hələ də "Real"la yeni müqavilə imzalamayan Ronaldonun komandadan gedəcəyi istisna olunmur.

Xəbər 862 dəfə oxundu.