“Liverpul” Suareslə bağlı qərar verdi
Liverpul” Luis Suaresi satmamaq qərarına gəlib. Bu barədə klubun icraçı direktoru Yan Eyr mətbuata açıqlama verib.

Eyr futbolçunun yeni mövsümü komandada başlayacağını bildirib: “Luis məşqlərdə səylə çalışır. Güman edirəm ki, o, mövsümü bizim komandada başlayacaq. Biz bütün təklifləri geri çevirmişik. Suares satılmır. Artıq bunu demişik və deyəcəyik”.

Xəbər 819 dəfə oxundu.