Qurban Qurbanov daha bir yarımmüdafiəçi istəyir
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandasının yeni transferə ehtiyac duyduğunu bildirib. Baş məşqçi bu barədə “Gefle” ilə oyundan sonra danışıb.

Qurbanov rəhbərlikdən yarımmüdafiəçi transferi istəməsinin mümkün olduğunu bildirib: “Bizə transfer lazımdı. Çempionatın və kubokun təqvimini nəzərə alsaq, buna ehtiyacımız çoxdu. Lakin biz bir-iki transfer də etsək, onda gərək yerli futbolçulardan imtina edək. Çünki legioner limiti var, bu, problem yarada bilər. Mümkündü ki, sadəcə yarımmüdafiə xəttini gücləndirməyi xahiş edim”.

Qeyd edək ki, “Qarabağ” bu yay “Nijmegen”dən (Hollandiya) Leroy Corcu, “Bohum”dan (Almaniya) Nikolas Gelaşvilini, “Şabab Al Ordon”dan (İordaniya) Ulriş Kapolonqononu, “Olimpiakos”dan (Yunanıstan) Çumbinyonu transfer edib, icarə əsasında “Simurq”da çıxış edən Murad Səttarlını geri qaytarıb.

Xəbər 826 dəfə oxundu.