"Çelsi" qapıçısı ilə müqavilə yenilədi
"Çelsi"nin təcrübəli qapıçısı Enrike Hilario ilə müqaviləni yeniləyib.

İdman.com.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, 37 yaşlı qolkiperlə müqavilənin müddəti daha bir illiyinə uzadılıb.

Sözləşməsini yeniləyən Hilario özünü çox xoşbəxt hiss etdiyini deyib: "Bu cür komndanın bir parçası olduğum üçün qürur hissi keçirirəm. Yenidən Joze Mourinyo ilə çalışmağı səbirsizliklə gözləyirəm".

Qeyd edək ki, 2006-ci ildə "Çelsi"yə transfer olan portuqaliyalı qapıçı indiyə kimi 39 matçda forma geyib.

Xəbər 914 dəfə oxundu.