Tsxadadze: "Yekun ötürmələrdə çatışmazlıqlar var"

Türkiyədə təlim-məşq toplanışı çərçivəsində "Antalyaspor"la yoxlama oyunu keçirən Bakının "İnter" klubu, yekunda rəqibi ilə heç-heçə edib – 1:1. Qarşılaşmasından sonra komandamızın baş məşqçisi Kaxaber Tsxadadze matç haqqında fikirlərini bildirib: "Toplanışı başa vurmaq üzrəyik. Burada olduğumuz müddətdə daha bir oyun keçirəcəyik. Komandanın oyununda irəliləyiş var. Lakin matç zamanı bir çox xətalara yol verildiyini də müşahidə etdim. Təəssüf ki, yekun ötürmələrdə çatışmazlıqlar var. Bu istiqamətdə işləmək lazımdır. Ümumilikdə oyundan razı qaldım".

Xəbər 1004 dəfə oxundu.