“Orduspor” klubu daha bir hücumçu transfer edib
Türkiyənin “Orduspor” klubu daha bir hücumçu transfer edib. Millimizin forvardı Branimir Subaşiçin forma geyindiyi PTT 1-ci liqa təmsilçisi rumın Alelıandru İonitanı heyətinə qatıb. Rumıniyanın “Rapid” klubundan transfer olunan 23 yaşlı hücumu ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Aleksandru ötən mövsüm “Rapid”də 18 oyun keçirib və 4 qol vurub. 2010/11 mövsümündə Almaniyanın “Köln” klubunda çıxış edən İonita Rumıniya U-21-nin sabiq üzvüdü.

Xəbər 911 dəfə oxundu.