“Qarabağ” yenə sevindirdi!
Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin ilk matclar keçirilib. İdman.com.az saytı xəbər verir ki, qitə miqyaslı klub turnirində çıxış edən yeganə təmsilçimiz , ilk görüşdə evdə İsveçin “Gefle” komandası ilə qarşılaşdı.

Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunmuş oyunda üstün futbol nümayiş etdirən, çoxlu qol imkanı qazanan “ağlar” istəyinə matçın son dəqiqələrində çatıb.

Qeyd edək ki, “Qarabağ” bir həftə sonra İsveçdə “Gefle”ilə cavab görüşü keçiriləcək.

Avropa Liqası, III təsnifat mərhələsi
1 avqust, cümə axşamı
İlk oyun

“Qarabağ” (Azərbaycan) - “Gefle” (İsveç) - 1:0
Qol: Reynaldu, 89

Xəbər 994 dəfə oxundu.