“Xəzər Lənkəran” daha bir məşqçi gətirir
Mario Souzanı seleksiyaçı-məşqçi təyin etməyə hazırlaşan “Xəzər Lənkəran”ın məşqçilər korpusuna daha bir mütəxəssis daxil olacaq. Həmin məşqçi Con Toşakın köməkçisi təyin ediləcək.

Bu təyinatın maksimum bir ay ərzində reallaşması gözlənilir. Həmin mütəxəssisin yerli və ya əcnəbi olacağı bilinmir.
Qeyd edək ki, hazırda “Xəzər Lənkəran”ın məşqçilər korpusuna Con Toşak, Emin Quliyev, Aleksis Plaza və Hafiz Əliyev daxildi.

Xəbər 979 dəfə oxundu.