Qaret Beyl rəsmən "Real Madrid"də
Neçə vaxtdır "Real Madrid"in transfer etmək istədiyi, ancaq "Tottenhem"in razılıq vermədiyi Qaret Beyl transferi reallaşıb. İngilis mətbuatının son dəqiqə olaraq verdiyi xəbərdə qeyd olunur ki, iki klub arasında razılıq olub və futbolçu 87 milyon funt sterlinqə "Real Madrid" komandasına keçib.

Məlumata görə, futbolçu baş məşqçi Andre Villaş-Boaşa "Real"a keçmək istədiyini və bu şansı itirmək istəmədiyini bildirib. Bunu nəzərə alan klub rəhbərliyi də futbolçunu rekord məbləğdə ispanlara satıb.

Xəbər 899 dəfə oxundu.