FİDE-nin avqustun 1-nə olan reytinq cədvəli
Beynəlxalq şahmat Federasiyası avqustun 01-nə şahmatçıların reytinq siyahısını açıqlayıb.

Dünyanın 10 ən güclü şahmatçıları siyahısında beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov 2775 əmsalla 6-cı pillədədir.

Sürətli şahmat üzrə Dünyanın ən güclü şahmatçıları siyahısında beynəlxalq qrossmeystr Şəhriyar Məmmədyarov 2822 əmsalla 4-cü, Teymur Rəcəbov isə 2760 əmsalla 11-ci pillədədir.

Blits üzrə isə beynəlxalq qrossmeyster Rauf Məmmədov 2766 əmsalla 13-cü ,Teymur Rəcəbov 2755 əmsalla 17-ci yerdədir

Xəyalə Abdulla(beynəlxalq usta), Nərmin Kazımova(beynəlxalq usta), Səbinə İbrahimova və Nərmin Xələfova da 100 ən güclü şahmatçı qizlarin siyahısında yer alıblar.

Oğlanlar arasında beynəlxalq qrossmeyster Nicat Abasov və beynəlxalq usta Bəhruz Rzayev 100 ən güclü gənc şahmatçılar siyahısındadır.

Ölkələrin reytinq cədvəlində isə 138 ölkə arasında Azərbaycan 12-ci pillədədir.

Xəbər 1157 dəfə oxundu.