"Barselona"nın almaq istədiyi müdafiəçilər
"Barselona"nın yeni baş məşqçisi Xerardo Martinonun komandaya gətirmək istədiyi müdafiəçilərin adları məlum olub.

Bunlar "Tottenhem"dən Yan Vertonghen, "Çelsi"dən David Luis və "Liverpul"dan Daniel Aqqerdir.

Premyer liqanın bu üç futbolçusundan birini transfer etməyi planlaşdıran Katalon klubu PSJ-nin müdafiəçisi Tiaqo Silvadan isə imtina edib. Buna Fransa təmsilçisinin futbolçun satmaq istəməməsi və onunla yeni müqavilə imzalaması səbəb olub.

Qeyd edək ki,"Barsa"nın əsas hədəfinin David Luis olduğu və oyunçu üçün 30 milyon avroluq təklif göndərəcəyi bildirilir.

Xəbər 860 dəfə oxundu.