Tanınmış məşqçi iş yerini dəyişdi
Braziliya milli komandasının və Madrid “Real”ının sabiq baş məşqçisi Vanderley Luşemburqunun yeni iş yeri müəyyənləşib. 61 yaşlı mütəxəssis bundan sonra Braziliyanın “Fluminense” klubunu çalışdıracaq. O, bu postda Abel Braqanı əvəzləyib. Buna səbəb “Fluminense”nin ilk 9 turda 6 dəfə məğlub olmasıdır.

Qeyd edək ki, Luşemburunun sonuncu klubu “Qremio” (2012-2013) olub.

Xəbər 871 dəfə oxundu.