Putin Kapellonun Rusiya millisində qalmasını istəyir
"DÇ-2014"ün seçmə mərhələsində millimizin rəqiblərindən olan Rusiya yığmasının baş məşqçisi Fabio Kapello 2018-ci ilə qədər öz postunda qalacaq.

Bu barədə İtaliyanın tanınmış jurnalistlərindən olan Tankredi Palmeri "Twitter" sosial şəbəkəsindəki hesabında yazıb.

CNN və "La Gazzetta dello Sport" idman portalının müxbirinin sözlərinə görə, Kapellonun 2018-ci ilə qədər Rusiya yığmasının baş məşqçi postunda qalmasında bu ölkənin prezidenti Vladimir Putin də maraqlıdır. Belə ki, məhz Putinin istəyi ilə Kapellonun Rusiya millisində qalmasına razılıq verdiyi iddia olunur.

Qeyd edək ki, 67 yaşlı mütəxəssis daha öncə ona ünvanlanan "2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatında da postunuzda qalacaqsınızmı?" sualına "hələ ki, əsas məqsədim komandamı Braziliyada təşkil olunacaq mundialın final mərhələsinə yüksəltməkdir" - deyə cavab vermişdi.

Xəbər 873 dəfə oxundu.