"Sivasspor" ötən gün növbəti yoldaşlıq görüşü keçirib
Azərbaycan milli komandasının hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu "Sivasspor" ötən gün növbəti yoldaşlıq görüşündə qüvvəsini sınayıb.

Sivas təmsilçisi bu mövsüm Superliqaya vəsiqə qazanan "Kayseri Erciyesspor"la qarşılaşıb.

Oyun 2:1 hesabı ilə Kayseri təmsilçisinin xeyrinə başa çatıb. Cihan Özkara bu görüşün ilk hissəsində meydanda olub.

Xəbər 843 dəfə oxundu.