"Nyukasl"ın müsəlman futbolçusu qərarını dəyişdi
"Nyukasl"ın müsəlman futbolçusu Papis Sisse komandasının yeni sponsorunun adının yer aldığı formanı nəhayət ki, geyinib.

Bu, klubun "Mirren"lə oynadığı hazırlıq qarşılaşmasında baş verib.

Əvvəlcə yeni sponsorun faizlə kredit verən şirkət olduğu üçün bu formanı geyinməyi rədd edən seneqallı hücumçu sonradan qərarını dəyişib. Sisse yeni forma ilə matçın 18-ci dəqiqəsində qol da vurub.

Qeyd edək ki, 28 yaşlı futbolçunun qumar oynarkən şəkilləri ortaya çıxdıqdan sonra qərarını dəyişdirdiyi bildirilir.


Xəbər 836 dəfə oxundu.