Yunan-Roma güləşçiləri Vladislav Pitlasinskinin xatirə turnirində
16-22 sentyabr 2013-cü il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə böyüklər arasında Dünya çempionatı yarışları keçiriləcək.

Çempionata hazırlıqları davam etdirən yunan-Roma güləşi yığma komandanın üzvləri 3-4 avqust tarixində Polşanın paytaxtı Varşavada Vladislav Pitlasinskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirlərdə qüvvələrini sınayacaq.

Yunan-Roma güləşi üzrə yığma komandanın məşqçisi Əyyub Azmoudehin rəhbərliyi altında turnirə Taleh Məmmədov (60 kq), Şamil Ertuqanov (74 kq), Rafiq Hüseynov (84 kq) və Radomir Petkoviç (120 kq) yollanacaq.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Əbdül Nuriyev ölkəmizi təmsil edəcək.

Proqrama əsasən, avqustun 3-də 55, 66, 84 və 120 kq, avqustun 4-də isə 60, 74 və 96 kq çəkidə güləşçilər mübarizə aparacaq.

Xəbər 1243 dəfə oxundu.