"Mançester Yunayted"dən "Real"a 25 milyon funt
"Real" (Madrid) klubunun futbolçusu Luka Modriç yenidən İngiltərə Premyer Liqasına qayıda bilər.

Xorvatiyalı futbolçu "Mançester Yunayted" klubunun maraq dairəsinə düşüb.

Mançester təmsilçisi Modriçin transferi üçün Madrid klubuna 25 milyon funt-sterlinq təklif edib. Lakin hələlik "Real" klubu bu təklifə heç bir münasibət bildirməyib.

Qeyd edək ki, 27 yaşlı futbolçu 2008-2012-ci illərdə "Tottenhem"in şərəfini qoruyub.

Xəbər 831 dəfə oxundu.