Kapello Premyer Liqanın təqvimini tənqid etdi
İngiltərə milli komandanın sabiq baş məşqşisi Fabio Kapello maraqlı açıqlamalar verib.

Təcrübəli mütəxəssis Premyer Liqanın ağır təqviminin ingilis oyunçuların böyük turnirlərdə uğursuz çıxışına səbəb olduğunu deyib. Hazırda Rusiya millisini çalışdıran Kapello bildirib ki, liqada fasilənin olmaması futbolçuların yorulmasına gətirib çıxarır: "Uzun bir səfərə gedəndə yolda maşının yanacaq çənini doldurmayanda yolda qala bilərsiz. İngiltərə futbolunun hazırkı vəziyyəti də buna bənzəyir".

Qeyd edək ki, “Avro-2008”dən sonra İngiltərə millisini çalışdıran Kapello İngiltərə Futbol Assosiasiyasının razılığı olmadan Con Terrini kapitanlıqdan uzaqlaşdırdığı üçün komandadan istefaya göndərilmişdi.

Xəbər 827 dəfə oxundu.