“İnter” iki futbolçudan imtina etdi
“İnter” iki futbolçunun xidmətindən imtina edib. Fanat.az xəbər verir ki, Asif Mirli və Rüstəm Abbasov yeni mövsümdə Premyer Liqada çıxış etməyəcək.

Belə ki, Avropa Liqasının heyətinə salınmayan futbolçular komandanın 2013/14 mövsümü üçün PFL-ə təqdim etdiyi sifariş ərizəsinə də düşə bilməyib.

Qeyd edək ki, hər iki futbolçu son mövsümdə icarə əsasında “Simurq”da çıxış edib. Asif Zaqatala klubunun formasını 13 oyunda 763, Rüstəm isə 1 oyunda 13 dəqiqə geyinib. Abbasov 2011/12 mövsümünün ikinci dövrəsində də “Simurq”da çıxış edib – 12 oyun, 967 dəqiqə.

Xəbər 861 dəfə oxundu.