Çumbinyo "Gefle"yə qarşı oynaya biləcək
"Olimpiakos"un futbolçusu Çumbinyo ilə iki illik müqavilə imzalayan "Qarabağ" klubu artıq braziliyalı oyunçunun adını UEFA-nın iştirak ərizəsinə salıb.

Bununla da, baş məşqçi Qurban Qurbanov şans verəcəyi təqdirdə 26 yaşlı futbolçu Avroliqanın III təsnifat mərhələsində "Gefle" ilə keçiriləcək hər iki oyunda iştirak edə biləcək.

Qeyd edək ki, Çumbinyonun sabah keçiriləcək "Qarabağ" - "Gefle" oyununda meydana çıxacağı istisna olunmur.

Xəbər 793 dəfə oxundu.