"Qarabağ" üçün fransalı və isveçrəli
UEFA Avropa Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın keçirəcəyi oyunlara hakimlərin təyinatı açıqlanıb.

"Qarabağ"ın ilk oyununu fransalı, səfər qarşılaşmasını isə iveçrəli hakimlər briqadası idarə edəcək.

"Qarabağ" - "Qefle" (İsveç)
1 avqust. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21:00
Hakimlər: Nicolas Rainville, Stephan Luzi , Djemel Zitouni, Sebastien Desiage (Hakimlər briqadası Fransadandır)
UEFA nümayəndəsi: İrakli Nakaidze (Gürcüstan)
Hakim-inspektor: Kaj Natri (Finlandiya)

"Qefle" (İsveç) - "Qarabağ"
8 avqust. Sundsvall. Norrporten Arena
Hakimlər: Stephan Klossner, Remy Zgraggen, Vital Jobin, Alain Bieri (Hakimlər briqadası İsveçrədəndir)
UEFA nümayəndəsi: Bujar Kasmi (Albaniya)
Hakim-inspektor: Rune Pedersen (Norveç)

Xəbər 974 dəfə oxundu.