Neymar "Barsa"da debüt etdi
Dünən "Barselona" Polşada "Lexiya" komandası ilə yoldaşlıq görüşü keçirib. Oyun 2-2 hesabı ilə başa çatıb. Amma, oyunda əsas diqqət çəkən "Barsa"nın "Santos"dan transfer etdiyi futbolçusu Neymar olub. O, matçın 79-cu dəqiqəsində oyuna daxil olub. Ancaq Lionel Messi ilə birgə oynamaq ona bu oyunda qismət olmayıb. Belə ki, argentinalı ulduz oyunun 77-ci dəqiqəsində əvəzlənib. Həmin videonu sizə təqdim edirik.

Xəbər 982 dəfə oxundu.