"Napoli" "Real"ın daha bir futbolçusunu istəyir
Bu yay Madrid "Real"ının üç futbolçusunu transfer edən "Napoli" "kral klubu"nun daha bir oyunçusunu heyətinə qatmaq istəyir.

Bu dəfə klubun baş məşqçisi Rafael Benitez Alvaro Arbeloanı komandasında görmək istəyir.

Ancaq "Napoli"nin "Real"dan ispan müdafiəçinin 12 milyon avroluq təzminatının daha aşağı məbləğə salınmasını istədiyi bildirilir.

Qeyd edək ki, İtaliya klubu daha öncə "Real"dan Raul Albiol, Xose Kallehon və son olaraq Qonzalo İquaini transfer edib.

Xəbər 991 dəfə oxundu.