Ağcabədidə rayon birinciliyi keçirilib
24-28 iyul Ağcabədi rayon Gənclər və İdman idarəsinin dəstəyi ilə Gənclər və İdman Nazirliyinin yaradılmasının 19-cu ildönümünə həsr olunmuş gənclər arasında mini futbol üzrə rayon birinciliyi keçirilib.

Şəhər 11 saylı tam orta məktəbin mini futbol meydançasında 120 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi Gənclər və İdman Nazirliyinin yaradılmasının 19-cu ildönümünün qeyd olunması və mini futbol idman növünün inkişaf etdirilməsi olub.

Sonda birinciyə Cəfərbəyli kənd, ikinciyə 11 saylı, Hacıbədəlli kənd tam orta məktəbin komandası layiq görülüb.

Xəbər 953 dəfə oxundu.