Dünya Taekvondo Federasiyasının prezidenti Bakıda
Dünya Taekvondo Federasiyasının (WTF) prezidenti doktor Çunq Von Ço Bakıya növbəti səfərə gəlib. İdman.com.az saytı xəbər verir ki, qonaq, növbəti 4 ildə WTF rəhbəri seçilməsindən sonra ölkəmizə səfəri zamanı Azərbaycan Taekvondo Federasiyasının prezidenti və WTF-in vitse-prezidenti Kəmaləddin Heydərovla görüşüb. Rəsmilər qarşıdakı perspektivlər barədə ətraflı söhbət ediblər. WTF-in digər vitse-prezidenti, misirli Əhməd Fouli də paytaxtımızda tədbirlərə qatılıb.

WTF-in taekvondo üzrə nümunəvi çıxışlar qurupu da Bakıdadır. İyulun 29-da dənizkənarı milli parkda taekvondo qurupunun nümunəvi çıxışları keçirilib. Paytaxt sakinləri idmançıların təqdim etdikləri tryukları böyük maraqla izləyiblər. Taekvondonun təbliğinə həsr olunmuş belə nümunəvi çıxışlar Sumqayıt və Qəbələ şəhərlərində də nəzərdə tutulub. Ölkəmizdə Cənubi Koreya respublikası nümayəndələrinin taekvondo ilə bağlı çıxışlarından başqa, mədəniyyət tədbirləri də keçirilir.

Xəbər 1301 dəfə oxundu.