"Fənərbaxça" Arda Turanla maraqlanmır
Türkiyənin "Fənərbaxça" klubu transfer planları ilə bağlı rəsmi saytından açıqlamalar verib.

Klub Arda Turanla maraqlandıqları ilə bağlı son zamanlar çıxan xəbərləri təkzib edib.

"Fənərbaxça" rəsmi saytından hazırda əsasən iki futbolçunun transferi üçün çalışdıqlarını bildirib: "Hazırda Oskar Kordozo və Emanuel Emenike kimi oyunçular transfer siyahımızda var. Məşqçi heyətinin də fikirlərinə əsasən bu iki futbolçudan birini heyətimizə qatacağıq" - deyə qeyd edilib.

Xəbər 808 dəfə oxundu.