"Real"dan Ronaldoya yeni təklif
"Real"ın (Madrid) klubu futbolçusu Kriştiano Ronaldonun müqaviləsini artırmaq məqsədi ilə bu gün danışıqlara start verəcək.

Klubun prezidenti Florentino Perez portuqaliyalı hücumçunun meneceri Xorxe Mendeslə görüşəcək.

Perezin Ronaldo üçün Mendese çox yaxşı təklif irəli sürəcəyi bildirilir. Ronaldonu dünyanın ən çox qazanan futbolçusu edəcəyi iddia edilən bu təklifin hücumçu tərəfindən qəbul olunacağı gözlənilir.

Qeyd edək ki, Ronaldonun "Real"la müqaviləsi 2015-ci ildə başa çatır.

Xəbər 888 dəfə oxundu.