"Neftçi"nin futbolçusu milli komanaya dəvət olundu
“Neftçi”nin hücumçusu Bahodir Nasimov Özbəkistan milli komandasına dəvət alıb.

Nasimov yığmasının heyətində 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində İordaniyaya qarşı pley-off oyunlarında iştirak edə bilər. Özbəkistan millisi bu komanda ilə sentyabrın 6-da səfərdə, 10-də isə evdə qarşılaşacaq.

Hücumçu bu oyunlara hazırlıq məqsədilə avqustun 11-dən 15-dək Daşkənddə təşkil olunacaq təlim-məşq toplanışına da çağırılıb. Özbəkistan yığması həmin toplanış çərçivəsində avqustun 14-də Türkiyə milli komandası ilə yoldaşlıq görüşü keçirəcək.

Xəbər 1087 dəfə oxundu.