“Qarabağ” futbolçusunu icarəyə verdi
“Qarabağ” bir futbolçusunu icarəyə verib. O, müdafiəçisi Kamil Hüseynov 2013/14 mövsümündə Ağdam klubunun formasını geyinməyəcək.

21 yaşlı futbolçu “Neftçala”ya icarəyə verilib. O, mövsümün sonunadək I divizion təmsilçisinin formasını geyinərək, təcrübə toplamağa çalışacaq.

Qeyd edək ki, Qurban Qurbanov ötən mövsüm əsas komandada Kamilə cəmi bir dəfə forma şansı veriğ. “Rəvan”la matçın 57-ci dəqiqəsində meydana çıxan futbolçu 33 dəqiqə oynayıb.

Xəbər 869 dəfə oxundu.