Valdes: "Dediyim sözün arxasındayam"
"Qərarım qətidir. Əvvəll də söylədiyim kimi müqaviləm bitən kimi komandadan ayrılacam. Dediyim sözün arxasındayam".

Bu sözləri "Barselona"nın qapıçısı Viktor Valdes "AS" qəzetinə müsahibəsində deyib.

Təcrübəli qolkiper bildirib ki, Kataloniya klubunda ən yaxşı uğurları əldə edərək ayrılmaq istəyir: "Bir dəfə də Çempionlar Liqasını kubokunu qaldıraraq buradan getmək istəyirəm".

Komandanın yeni çalışdırıcısı Xerardo Martino haqqında da fikrilərini bölüşən Valdes deyib: "Martino oyunçularla çox yaxın olan bir baş məşqçidir. Onunla tanış olmaq üçün fürsət tapdım. Çox istəkli bir çalışdırıcıdır. Bizə mütəmadi olaraq qazanmaq, arzumuzu itirməmək lazım olduğunu deyir" - deyə Valdes bildirib.

Qeyd edək ki, 31 yaşlı qapıçının "Barsa" ilə müqaviləsi 2014-cü ilin yayında biticək.

Xəbər 848 dəfə oxundu.