Millimizin üzvü Almaniyada 13 dəqiqə oynadı
Almaniyanın “Kayzerslautern” klubunun ikinci komandası növbəti oyununu keçirib. Millimizin üzvü Rüfət Dadaşovun çıxış etdiyi klubu regional liqada “Frayburq”un ikinci komandası ilə qarşılaşıb.
Oyun “Frayburq II”nin 2:1 hesablı qələbəsiylə başa çatıb. Rüfət meydana 77-ci dəqiqədə çıxıb. Lakin o, komandasını məğlubiyyətdən xilas edə bilməyib.

Xəbər 880 dəfə oxundu.