Qaret Beyl üçün 145 milyon avro
İngiltərənin "Tottenhm" klubu uzun müddətdir Madrid "Real"ının hədəfində olan futbolçusu Qaret Beylə fantastik qiymət qoyub.

"Real"ın 98.5 milyon avroluq son təklifimi rədd edən İngiltərə təmsilçisi Madrid klubundan rekord məbləğ istəyir. Klub uelsli yarımmüdafiəçi üçün 145 milyon avro veriləcəyi təqdirdə futbolçusunu satacağını bildirib.

Bu məbləği isə "Kral" klubunun verib-verməyəcəyi maraqla gözlənilir.

Xəbər 882 dəfə oxundu.